adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 May 2017 09:45
7800
DÜNYA
A- A+

Nazarbayev ilk dəfə Trampla görüşdü

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ərəb-İslam-Amerika Sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüş keçirib.

Bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.

"Ticari-iqtisadi, siyasi və mədəni-humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi daxil olmaqla ikitərəfli münasibətlərin aspektləri müzakirə olunub. Prezidentlər, həmçinin beynəlxalq gündəlikdə olan bır sıra məsələləri də müzakirə ediblər”, - deyə məlumatda vurğulanıb.