adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 May 2017 09:25
4751
MƏMLƏKƏT
A- A+

Bu gün bu yollar bağlı olacaq

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu gün Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobuslar vasitəsilə gedə bilər. Eyni zamanda, tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən - metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra isə stadiondan evə gedən tamaşaçılar eyni şəraitdə daşınacaq.