adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 May 2017 14:00
8750
İDMAN
A- A+

Atletimiz İslamiadada qızıl medal qazandı

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti birinci olub.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medal qazanıb.

Report-un məlumatına görə isə, Zeyniddin Bilalov 5,22 metr göstərici ilə bürünc medala sahib olub. Gümüş medalı isə 5,28 metr uzununa tullanan Abdul Dalimunte əldə edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.