adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 May 2017 12:00
6377
İDMAN
A- A+

Bakı-2017: 13-cü günün təqvimi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 13-cü gününə start verilir.

Adalet.az xəbər verir ki, atletika yarışlarının son günündə kişilər 1500, 10000 m qaçış və 4 X 400 m estafet qaçışı, nüvə itələmə, uzunluğa tullanma və şüvüllə tullanma, qadınlar isə 10000 m qaçış və 4 X 400 m estafet qaçışı yarışlarında qüvvələrini sınayacaqlar.

3X3 basketbol turnirində qadın və kişilərdən ibarət komandaların ¼ finalda mübarizəsi davam edəcək. Qadınlardan və kişilərdən ibarət millilərimiz müvafiq olaraq İndoneziya yığmaları ilə qarşılaşacaq.

Suya tullanmada kişilərin 10 m platforma yarışında qaliblər müəyyənləşəcək.

10:00 - 10:38

Kişilər 10 m platforma - Seçmə mərhələsi

17:00 - 17:56

Kişilər 10 m platforma - Final

Kişilər 10 m platforma - Medal mərasimi

Stolüstü tennisdə komanda yarışları başlayacaq.

16:30 - 21:30

Kişilər komanda - 1/4 finallar

Qadınlar komanda - 1/4 finallar

Bu gün tennisçilərin də mübarizəsi davam edəcək.

10:00 - 18:00

Kişilər fərdi - 1/4 finallar

Qadınlar fərdi - 1/4 finallar

Kişilər cütlər - yarımfinallar

Qadınlar cütlər - yarımfinallar

Kişi voleybolçulardan ibarət komandalar arasında finalçılar müəyyən olunacaq.

Sərbəst güləş yarışının ikinci günündə Azərbaycanı Hacı Əliyev (61 kq), Murtuz Müslümov (70 kq), Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

10:00 - 12:29

Kişilər 61 kq

Kişilər 70 kq

Kişilər 86 kq

Kişilər 125 kq

18:00 - 19:31

Kişilər 61 kq

Kişilər 70 kq

Kişilər 86 kq

Kişilər 125 kq

Oyunların 3-cü günündə uşu yarışına start verəcək.

09:00 - 11:49

Kişilər 48 kq

Kişilər 52 kq

Kişilər 56 kq

Kişilər 60 kq

Kişilər 70 kq

Kişilər 75 kq

19:00 - 22:09

Kişilər 56 kq

Kişilər 60 kq

Kişilər 65 kq

Kişilər 70 kq

Kişilər 75 kq

Eləcə də zorxana yarışı başlayacaq.

16:00 - 18:50

Kişilər Komanda hərəkətləri

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.