adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 May 2017 20:00
8059
MƏMLƏKƏT
A- A+

Avropa ölkələri arasında ən az intihar Azərbaycanda baş verir

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır.

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir.

Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir.

Sənədə əsasən, Ukrayna (20.1 faiz) və Rusiyada (20.1 faiz) qeydə alınan göstəricilər eynidir.

Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz).