adalet.az header logo
  • Bakı 11°C

Qarik

MƏZAHİR ƏHMƏDZADƏ
45515 | 2017-05-19 19:52
Altmışıncı illərinsonu, yetmişinci illərin əvvəlləri "narxoz” deyilən o vaxtkı Xalq Təsərrüfatıİnstitutunun abituriyentlərinin əksəriyyəti gələcəyin "obaxeisi”, yənisosialist əmlakını dağıdanlara qarşı mübarizə inspektoru olmaq iddialarını gizlətmirdilər.Doğrudan, o vaxtlar eləcə yalnız rus dilində səslənən bu abbreviatura çox yekəvə bir çoxları üçün də zəhmli səslənirdi. Buranı bitirib milisə keçmək,mağazaları, idarə-müəssisələri yoxlamaq, sosialist əmlakını dağıdanlarıtutmaq... yoox, qorxuzub pulunu almaq, çoxlu varlanmaq və sairə və ilaxır istəkləriehtiva edirdi. Mən deyə bilmərəm ki, orta məktəbi elə orta qiymətlərlə bitirib"narxoza” daxil olan yeniyetməlik illəri dostlarımdan Zahid də o zaman belənçikbir xəyal ürünü becərmişdi. Çünki o, tərbiyəli və sözəbaxan uşaq idi, heç vaxtatasının yerinə düşünə bilməzdi. Bunlar bir başqa şey, əlbəttə ki. Əsas məsələisə dostumun "Baksovet ölkəsinin” sayılan personlarından biri kimi, hər yerdətanınması, nüfuz sahibi olması idi. Bizim şairlik, inqilabçılıq, türkçülükiddia və ideallarımız Zahidin şəxsi maraq dairəsində önəmli bir yer tutmasa da,onu hamı qəbul edir və sevirdi. Aqil Abbas, Vaqif Cəbrayılzadə, Loğman Rəşidzadə,Nazim Ağamirov, Möhbəddin Səməd, Xaləddin Sofiyev... Hələ İçərişəhərcayılları...

Və bu Zahidqardaşım günlərin bir günü özü kimi boy-buxunlu qarayanız bir oğlanı "Baksovetə”,Loğman demişkən, metronun böyründəki Həbibin uzunşüllə çayxanasının qarşısına gətirərəkbizimlə tanış etdi: Qarik!

Bizim kimi millətçi-inqilabçı-pantürkistlərinmenyusuna yad olan bu cür təqdimetmə uğurlu alınmayacaqdı təbii ki. Bunuhamıdan qabaq elə Zahidin özü hiss edərək gülümsəyib yumşaq bir aura yaratmağasəy göstərdi. O, təqdimatı bir az rəsmiləşdirərək daha müfəssəl məlumat verdi.Bildirdi ki, Laçın rayonundan olan Qəhrəman adlı bu oğlan da "narxozda” oxuyur.Öz aralarında ona Qarik deyirlərmiş. Kənardan baxıb bizlərə aşiq olubmuş. İndi çoxarzulayır ki, "Baksovetə” çıxanda bizim uşaqlarla da görüşsün, birlikdə çayiçsin, söhbətlərə qoşulsun və sairə. İlkin təəssürat eləcə steriotip bir məqamtəsiri bağışlasa da, qəfil Zahidin özünün münasibət kriterləri haqqındadüşündüm. O özü heç vaxt bizimlə məxsusi söhbətlərə girişməzdi. Sadəcə ümumibir dostluq səviyyəsini qoruyardı: görüşüb hal-əhval tutmaq, birlikdə çay içmək,çörək kəsmək, kiməsə köməklik etmək, arxa durmaq... Onda bəs bu Qarik necəolsun? Heç nə. Qarik bir neçə dəfə bizimlə əyləşib çay içdi, danışıqlarımıza qulaqasdı, söhbətlərə müdaxilə etməyərək yalnızca hərdən-hərdən gülümsədi və özününmüəyyənləşdirdiyi bir vaxtda çıxıb getdi.

Sonralar o yenədə gəldi. Bizim hər birimizlə görüşüb hal-əhval etdi. Ancaq bundan sonra hər dəfə25-30 addım aralıdakı gül mağazasının yanında, üzü metroya sarı beton mühəccərinüstündə oturdu. Gəlib gedənlərə baxdı, tanıdığı tələbə yoldaşlarını, həmyerlilərinigörəndə yanına çağırdı, bəzən də qalxıb kiminsə qarşısına getdi.

Hər rastlaşandamən Qəhrəmanı beləcə görürdüm.

Qəhrəmanın hərgünü bu cür ötürdü. İnstitut, nahar, "Baksovet”, çay, "Baksovet”, "Baksovet”...Yolları hər gün metronun bu stansiyasından düşənlər, gül, qəzet alanlar, buradadondurma, peraşki satanlar, filarmoniya əhli, İçərişəhərdən metronun qarşısınakimi gəlib oradan da geriyə qayıdan "qədeşlər” onu ən azı üzdən tanıyırdılar. Həttabəziləri Qarikin mehriban baxışlarına "ilişib” salam da verirdilər. Qəhrəmanözünə dondurma alanda yanındakılara, salamlaşdığı tanışlara da təklif edirdi.O, burada məşhur xanəndələri, adi adamları, müəllim və tələbələri, iddialı gəncləri,metronun qarşısına görüş təyin edib bulvara düşən sevgililəri rahatlıqla seyredir, qarşılaşdığı hər şeydən zövq alırdı. Sanki bura, məhz özünün seçib bəyəndiyibu köndələn məhəccər dünyanın mərkəzi idi. O, rayona getmək imkanı olanda dagedib tez qayıdardı. Elə bil o yeri itirəcəyindən, bir daha görə bilməyəcəyindənqorxurdu. Bəzən biz də çox dayanırdıq "Baksovetdə”. Görüşlər, çay söhbətləriuzanırdı. Ancaq bizim işimiz, dərdimiz başqa idi... Qəhrəman isə, bəli, dünyayayalnız buradan baxırdı. Bəlkə də Laçın dağlarını, meşələrini, buz bulaqlarını,alabalıqlı çaylarını da buradan seyr edib görürdü. Bəlkə də darıxdığı, görməkistədiyi başqa yerlər, başqa adamlar da vardı. Ancaq bu məkanı hansı səbəb olurolsun, heç nəyə dəyişməzdi. Buna adi bir hal, vərdiş kimi də baxmaq olardı, nəsəqəribə bir sirr kimi də... Hər-halda bu sevdanın əsl mənasını Qəhrəmanın özübilərdi. Özü bilərdi, dedim, bəlkə heç Qəhrəman da bilmirdi...

"Platforma”ayaqqabıların təzə-təzə Bakıya dəb düşən vaxtları idi. Bir gün Qəhrəman da"Baksovetə” platforma ilə gəldi. Bəlkə də çoxdan gəlirdi, biz həmin gün gördük.Ayaqqabı ayağını döyürdü, nədi yüngülcə axsayırdı. Bizim Zahidin altdan-altdansöz calamağı vardı belə məqamlarda. Və biz onların görüşündəki qəribə bir dialoqunşahidi olduq həmin gün.

- Qarik, səninbu axsıyan ayağından heç gözüm su içmədi.

- Niyə ki?..

- Qanqerinayaoxşayır...

- O nədir elə,ay Zahid?

- Pis şeydir.

- Döyənəkdənayağım şişibe... Zahid...

- Mən də eləonu deyirəm də, qorxuram qanqerina ola.

- Onda nəolacaq ki?

- İraq-iraqQarik, ayağını kəsərlər...

- Elə deməqardaş, ayağımı kəssələr "Baksovetə” gələ bilmərəm axı...


DÜNƏN "1 MAY” İDİ...

Hər dəfə may yaxınlaşanda, nəfəsi,ətri duyulanda uşaqlıq illərimizin 1 Mayını xatırlayıb qəribsəyirəm. Əslində bubayramın dünya zəhmətkeşlərinin həmrəyliyi günü mənasında daha çox böyüklərəaid olmasına da fikir verməzdik. Kim idi tribunalardan söylənən siyasi şüarlaraqulaq asan. Bircə paradın tez qurtarmasını istərdik. Ancaq tribunaya, aşağıda vəyuxarıda dayanan seçmə adamlara, bir az hündürdə sıralanan siyasi büro üzvlərininportretlərinə ürəkdən pioner və komsomol salamları verməyimizi də inkar etmirəm.

1 May nəyə görə bizim, yəni uşaqların,orta məktəb şagirdlərinin ən sevimli, bütün il boyu gözlənilən bayramı idi?Novruzu nəzərə almasaq, heç Yeni ildə, 7 Noyabrda, 8 Martda, 9 Mayda bu dərəcədəsevinməzdik, comərd, mehriban olmazdıq. O illərin uşaqları təsdiqləyər, adətidi, həmin gün ən kasıb ailənin belə uşağının əynində təzə paltar olurdu,cibində pul olurdu, əlində gül-çiçək, şar, kiçik bayraq olurdu, könüllərdə dahasıcaq hiss edilən ata-ana nəvazişi olurdu...

May günümüz əvvəlcə şar üfləyibşişirtməklə, sonra saplaqları çubuğa sapla bərkidilmiş gilas alıb yeməklə (ovaxtlar gilas 1 Maya kimi dəyərdi - qıpqırmızı!), daha sonra elə küçəninortasındaca hazırlanan və stəkanlarda satılan dondurma, bəzən də Bakıdan gətirilən"Plombir", "Eskimos"la başlayardı. Günortaya yaxın şəkil çəkdirməkanları, peşmək, bamiyə və mütləq su-kökə mərasimi, son siniflərdə oxuyanlardanbəzilərinin ..... Faiqin qəlyanaltısına qaçıb 1-2 stəkan çaxır içməsi vəonlardan bəzilərinin ilk dəfə "belə iş tutduqları üçün" Sabirbağındakı qovaqlıqda ögüyüb-böyürməsi, daha sonra isə mərkəzdəki "1May" kinoklubunda hansı film olur-olsun saat 15.00 seansına biletalmağımızla davam edərdi. Çoxumuz bəlkə 5-6 dəfə gördüyümüz filmlərə sonadəkbaxmayaraq zalı yarımçıq tərk edib küçələrdə, bağlarda gəzər, "yelləncək"dediyimiz şaquli fırlanan qorxulu karuselə növbə tutardıq.

1 May bayramlarının əksəriyyətindəateist böyüdüyümüz üçün hələ tam dərk etmədiyimiz Göylər kefimizə bir 10-15 dəqiqəliksoğan doğrayardı, leysan tökərdi. İslansaq da evə getməzdik. Çünki 1 May bizimhalal bayramımız idi - biz belə düşünürdük. Hətta fikirləşirdik ki, bizolmasaq, yəni uşaqlar olmasa heç 1 May da keçirilməz.

O illəri yaşayan hər kəs illərötüb keçsə də həmişə 1 Mayı gözləyərdi. Xatirələri üçün, sonralarsa həm xatirələri,həm də uşaqları üçün.

Bu bayram SSRi-də çox təntənəlikeçirilərdi. Keçmiş sosialist ölkələrində də. Bəzi başqa ölkələrdə isə bayramdeyil, zəhmətkeşlərin 1 May nümayişləri olardı. İcazəsiz keçirilənləri polis dəyənəkvə güclü su şırnağı ilə dağıdardı - leysana ehtiyac qalmazdı.

Sovet dövründəki bütünbayramlar qaldı. Ancaq 7 Noyabra qatıb 1 Mayı da ləğv etdilər. Dünya zəhmətkeşlərininhəmrəylik günü olan 1 Mayı!

Dünya zəhmətkeşlərinin həmrəyliyiçox pis məsələ imiş.

Türkiyədə 1 Mayın keçirilməsinəicazə verilib - qurd ürəyi yeyiblər.

Dünya Zəhmətkeşlərinin HəmrəylikGünü...

Yox, 1 May uşaqların bayramıidi.

Bu sevincin, bu coşqununqarşısında kommunist ideologiyası da boş şey idi.

Baxın, hər şey öz yerindədir, təkcəuşaqlara yazıq oldu. 1 May əllərindən alındı, bayramları qırıldı...

Bəlkə elə ona görə də daha dağyamaclarından başqa heç yerdə lalə görünmür. Göyümtül yasəmənlər də yoxa çıxıb.May gilası da daha iyun ayından tez dəymir. Heç göy qurşağı da bərq vurmur.

Xatirələrin doğurduğu sevinci, özləmiindi arxanca gələn nəslin yaşamında, ruhunda görməmək, duymamaq nə qədər acı,darıxdırıcı bir şey! Çətindir bunları düşünmək və kimsələrə danışmaq.

Məzahir ƏHMƏDZADƏ

TƏQVİM / ARXİV