"Azərbaycanda serial bumu yaşandığı dövrdəbir neçə təklif alsam da imtina etmişdim, çünki serial oyunçusu olaraq tanınmaqkimi bir istəyim yox idi. Bədii filmlərə çəkilməyi daha çox düşünürdüm. Bunabaxmayaraq tanınmış türk aktyoru və rejissoru Osman Albayrakın çəkdiyiseriallardan birində rol almağa razılıq verdim. Ardından bir neçə qısametrajlıfilmə dəvət aldım. Onların arasında gün üzünə çıxanı da oldu, müxtəlifsəbəblərdən ekranlara həsrət qalanı da. Böyük kinoda debütüm isə iki il öncəreallaşdı, Xalq artisti Rafiq Əliyevlə Cavid Təvəkkülün "Azərbaycanfilm”kinostudiyasında müştərək ərsəyə gətirdikləri "Dərs” bədii filmində məktəbliAsifin anası roluna çəkildim. "Dərs”in taleyi uğurlu oldu, müxtəlif beynəlxalqfestivallarda mükafat qazandı, bu gün də xarici ölkələrdə nümayiş etdirilir."Sara” filmindəki Sara obrazını isə kinoda ilk böyük işim sayıram”.
Həmsöhbətim "Yeni Ulduz-1” mahnıyarışmasından tanınan Duyğu Dəvəlidi. Yazının girişindən bəlli olduğu kimi,Duyğu xanım son illər kinorejissorların diqqətini çəkə bilib, bir neçə filmədəvət alıb. Hətta bu yaxınlarda tamaşaçılara təqdim olunan "Sara” filmində başrola çəkilib. Bu müsahibədə Duyğu Dəvəlikino ilə bağlı düşüncələrini bölüşür, gələcək yaradıcılıq planlarından danışır.
- Duyğu xanım, söhbətə kinodakı ilk böyükişinizdən-"Sara” filmindəki Sara obrazından başlayaq. Quruluşçu rejissor ElvinƏhmədov qəzetimizə verdiyi müsahibədə bildirmişdi ki, film üzərində düşünəndəSara rolunda ancaq sizi görürmüş. Gənc rejissorun debüt işində sizə güvənməsiyəqin səbəbsiz deyilmiş...
-Elvin bəyi "Dolu” filmindəki Pələng rolunda görüb bəyənmişdim, necə deyərlər,qiyabi tanıyırdım. Sonra dəyərli dostum, istedadlı aktyor Cavanşir Hadıyev bizitanış elədi. Elvin "Sara” filmininsinopsisini mənə göndərdi və baş rola çəkilməyimi təklif etdi. Onun düşüncələri və ssenari xoşumagəldiyindən razılıq verdim. Ssenarinin yazılması mərhələsində və filminhazırlıq dövründə quruluşçu rejissorla Sara obrazı barədə müzakirələrimiz,söhbətlərimiz olurdu. Deyirdim ki, ədəbi materialdakının yarısını ekranayansıda bilsək, baxımlı film alına bilər. "Sara”da çəkilməyə belə rahat razılıqverməyimin daha iki səbəbi var idi.
- Hansı səbəblər idi, bilmək olarmı?
-Birincisi, gördüm ki, quruluşçu rejissor həqiqətən də Sara roluna məni çəkməkistəyir, ona görə də nə kastinqə, nə də sınaq çəkilişlərinə başqa aktrisa dəvətolunub. İkinci səbəb isə Rasim Balayev, Qurban İsmayılov və Fuad Osmanov kimisənətkarların bu filmdə rol almaları idi. Düşündüm ki, ilk böyük roluma beləpeşəkar aktyorların arasında çəkilməyim mənə uğur gətirə bilər, eyni zamanda,böyük təcrübə toplayaram. Xüsusi ilə Rasim Balayevlə eyni filmdə rol almaq,ekran işində onunla tərəf-müqabili olmaq uşaqlıq arzularımdan biri idi."Sara”da taleyin yaratdığı bu şansdan yararlandım.
- Uşaqlıq arzusuna çatmaq, Rasim Balayevkimi böyük sənətkarla eyni filmdə rol almaq təbii ki, xoş bir hissdir. Amma buişin bir məsuliyyət tərəfi də var...
-Üzərimə götürdüyüm işin məsuliyyətini yaxşı dərk edirdim. İnanın ki, çəkilişgününü necə həyəcanla gözləyirdim. Filmdə Rasim müəllim Saranın qaynatasınıoynayırdı, onunla tərəf-müqabili olduğumuz epizodları bir neçə günə çəkdik.Birgə çəkildiyim ilk gündə maraqlı an yaşandı, rejissor birinci fasiləni elanedən kimi Rasim müəllimin də qəribə bir həyəcan keçirdiyini duydum. Yaxınlaşıbsəbəbini soruşanda dedi ki, çoxdan idi film setində yox idim, belə bir ortamüçün yaman darıxmışdım. Böyük aktyorun bu sözləri təkcə mənə yox, bütünyaradıcı qrupa sanki bir qol-qanad verdi, hamımızı ruhlandırdı.
Çəkilişmeydançasından kənarda Rasim müəllim bizə öz məsləhətlərini verir, zəngintəcrübəsini bölüşürdü. Həmin günlərdə mən sanki bir master-klass keçdim. Rasimmüəllimlə birgə epizodların çəkildiyi sonuncu gün də yadımdadı, həmin gün bizdemək olar ki, 24 saat çalışmışdıq. Bütün sutkanı ayaq üstə olmağıma baxmayaraqqətiyyən yorğunluq hiss etmirdim. Rasim müəllimdən böyük bir müsbət enerjialmışdım, məndə ikinci nəfəs açılmışdı sanki. "Sara” filmindəki işimi ikimərhələyə bölərdim- Rasim Balayevə qədər olan mərhələ, bir də Rasim müəllimdənsonrakı mərhələ.
Beləbir imkan yaratdığı üçün dostum Elvin Əhmədova təşəkkür edirəm. Bildiyinizkimi, "Sara” Elvinin də quruluşçu rejissor kimi ilk işi idi. İnanıram ki, o, bufilmdə qazandığı təcrübədən yararlanacaq və gələcəkdə daha uğurlu filmlərə imzaatacaq.
- Bayaq "Sara”dakı işinizi iki mərhələyəböldüyünüzü vurğuladınız. Hansı mərhələni daha uğurlu hesab edirsiz?
-Rasim Balayevdən sonrakı məırhələdə sərgilədiyim oyun daha çox ürəyimə yatdı.Məncə bunu quruluşçu rejissor Elvin Əhmədov, quruluşçu operator Ruslan Ağazadəvə setdə olan çəkiliş qrupunun digər üzvləri də hiss etdilər. Etibar bəy,söhbətimiz "Sara”nın üzərində qurulduğundan filmdə narazı qaldığım bir məqamıqeyd etmək istəyirəm.
- Buyurun...
- Mənimoynadığım Sara obrazını aktrisa İlahə Həsənova səsləndirib. Belə hesab edirəmki, özüm səsləndirsəydim daha təbii alınardı. Mən İlahə xanımın zəhmətiniqətiyyən heçə endirmək istəmirəm, yəqin ki, o, da aktrisa kimi mənim nədediyimi yaxşı anlayır.
- Bəs özünüz niyə səsləndirmədiniz?
-Əslində elə ilk gündən səs çəkiliş meydançasında canlı yazılırdı və səsimbəyənilmişdi. Çəkilişdən sonrakı mərhələdə səsdə bəzi texniki problemlər ortayaçıxdı. Sonradan məni səsləndirməyə dəvət edəndə artıq Almaniyada idim və təciliBakıya qayıdıb obrazı səsləndirməyim heç cür mümkün deyildi. Amma əvəlldən buməsələlər nəzərə alınsaydı Saranı özüm səsləndirərdim, yenə deyirəm, bu məncədaha təbii alınardı.
- Filmə tamaşaçı reaksiyası necə, sizi qaneetdimi?
-Sözün açığı, mən "Sara”nı kinoteatrlarda izləmədim, lakin bildiyim qədəri iləbaxış sayı o qədər də çox olmayıb. Həmin ərəfədə vizionda bir neçə yenikomediya filmi var idi, görünür bu da "Sara”nın baxış sayına təsir edib. Bizimfilm viziona çıxanda tanınmış yazıçı, millət vəkili Aqil Abbas yaradıcı heyətəmənəvi dayaq durdu, biz gəncləri ruhlandırdı. Etibar bəy, "Sara”nınqala-gecəsində siz də iştirak etdiniz, sonda dolu zalın bizi necə alqışladığınıözünüz də şahidi olduz. Qala-gecəsindəki reaksiya bəzən aldadıcı olur. Rejissordostlarımızdan bəziləri elə düşünür ki, yeni filmin reklamını qurmadan, bu işəpul xərcləmədən də uğur qazanmaq mümkündü. Amma bu çox səhv yanaşmadır.
- Bu gün Azərbaycanda bir komediya filmləribumu yaşanır. Gənc aktrisa kimi bu prosesinin sonunu necə təsəvvür edirsiz?
- Nəkomediya filmləri çəkənləri, nə də bu janrda olan ekran işlərinə baxantamaşaçıları qınamaq zənnimcə doğru olmaz. Bu müsahibədə özümü kimdənsə ağıllıgöstərmək kimi bir niyyətim yoxdu və məsləhət vermək fikrində də deyiləm.Məsələyə tam kritik yanaşmağı sadəcə doğru saymıram. İstər dünya kinosunda,istərsə də bizə yaxın və doğma Türkiyədə bir vaxtlar oxşar vəziyyət yaşanıb."Yaşıl cam” dövründən sonra orada bir durğunluq olub, sonra teleserial bumugəlib, çəkilən filmlərdə daha çox komediyaya ağırlıq verilib. Amma bu prosesdoyum nöqtəsinə çatanda Şənər Şən kimi ustad "Eşkiya” filmini ortaya qoydu.Onlar özləri bu filmi Türkiyə sinemasının yenidən doğuşu adlandırır.
Əslində,komediya filmi çəkmək heç də asan deyil, lakin görünür bizdə çox vaxt bunu asaniş kimi başa düşürlər. Ola bilsin ki, cəmiyyətdəki bəlli problemlər üzündəninsanların bu gün gülüşə daha çox ehtiyacı var.Ona görə tamaşaçını qınamağ düzgün mövqe hesab etmirəm. Oturubgileylənməkdənsə daha keyfiyyətli tarixi, macəra, triller janrında filmlərortaya qoymaq daha yaxşı olardı. Düşünürəm ki, zamanla bizdə də belə olacaq.Kinomuzun gedəcəyi çox uzun bir yol var. Mənim fikrimcə, əsl sənət cəmiyyətindüşüncəsini öz arxasınca aparmalıdır, kütlənin səviyyəsinə enən musiqini, filmiciddi sənət saymaq doğru deyil. Bu gün sənət adamlarından təkcə novatorluq yox,həm də intellektual səviyyə tələb olunur. Təəssüf ki, kino aləmindəki bir çoxşəxslər, xüsusi ilə gənclər öz üzərlərində çalışmaq, sənətlə bağlı savadlarınıartırmaq və dünya kinosundakı yenilikləri öyrənmək əvəzinə məşhur rejissorlarıgörüntüdə yamsılamağı seçirlər. Kitab oxumayan, mütailəsi çox aşağı səviyyədəolan birisi elə iddialı danışır ki...
- Gənc rejissorları çox da tənqid etməyin,sonra filmlərində sizə rol verməzlər...
-Sağlam tənqid məncə hər bir yaradıcı şəxsə lazımdı. Yeni rollarla bağlı isə heçbir narahatçılığım yoxdu, artıq bir neçə filmə dəvət almışam. Görkəmli yazıçıMir Cəlalın əsəri əsasında ekranlaşdırılan "İki yad adam” filminin Qazaxstandatəqdimatı oldu. "Addım” Təşkilatının və "Caspian Media Group”un birgə layihəsiolan bu filmin Rusiyada, Gürcüstanda və Türkiyədə təqdimatları planlaşdırılır.Rol aldığım digər film hazılıq mərhələsindədi, yayda çəkilişlərə başlayacağıq.Komediya janrında çəkilmiş, çox populyar bir filmimizin ikinci hissəsiekranlaşdırılır. Bir neçə böyük sənətkarımız bu filmdə rol alacaq, korifeymüğənnilərimizdən biri həmin ekran əsərinin mahnılarını səsləndirəcək, həm dəbaş rollardan birini ifa edəcək. İnanıram ki, bu yeni işimiz yaxşı mənada çoxsəs-küy yaradacaq.
EtibarCƏBRAYILOĞLU
FotolarMəhərrəm ƏLİYEVİNDİ