adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 May 2017 18:30
10504
DÜNYA
A- A+

Braziliyada nümayişlər: Prezidentin istefası tələb edilir

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb.

Adalet.az Milli.Az-a istinadən xəbər verir ki, Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.

Daha genişmiqyaslı etiraz dalğaları isə Rio-de-Janeyro və ölkənin paytaxtında qeydə alınıb. Rio-de-Janeyroda 2 minə yaxın sakinin küçələrə axışması şəhərdə hərəkəti iflic edib.