adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 May 2017 22:09
103552
MARAQLI
A- A+

100 yaşını qeyd edən əkizlər

1917-ci ildə dünyaya gələn əkiz bacılar - Mariya Piqnaton Pontin və Paulina Piqnaton Pandolfi Braziliyada yaşayır. Dünya mediasının marağına səbəb olan əkiz bacılar yaxın günlərdə təntənəli şəkildə doğum günlərini qeyd edəcək.

Adalet.az xəbər verir ki, braziliyalı əkizlər nə az, nə çox düz 100 yaşlarını qeyd edəcək. Ən gözəl və rəngarəng paltarlarını geyinərək kamera qarşısına keçən bacılar özlərini sanki 18 yaşlı qız kimi aparıb.

Doğum gününə xüsusi fotosessiya hazırlamaq üçün braziliyanın məşhur fotoqraflarından olan Kamila Limaya müraciət ediblər.

Fotoqraf həyat enerjisi ilə dolu olan 100 yaşlı əkizlərin fotolarını sosial şəbəkələrdə paylaşıb.