adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2017 17:00
8923
DÜNYA
A- A+

ABŞ Türkiyənin tələbini rədd etdi

ABŞ PYD terror təşkilatının üzvləri ilə eyni masada əyləşən Bret Makqarka tam dəstək verir.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamentinin rəsmi nümayəndəsi Nauert bildirib. ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqarkın gördüyü işlərin təqdirəlaiq olduğunu söyləyən sözçü Ağ Evin də onu dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Bret Makqark Türkiyənin başına 4 milyon lirə mükafat qoyduğu PKK terrorçusu "Şahin Cilo” kod adlı Abdi Fərhad Şahinlə danışıqlar apararkən görüntülənmişdi. Ankara isə ABŞ-dan Bret Makqarkın PKK və YPG terror təşkilatına dəstək verdiyi üçün dəyişdirilməsini istəmişdi.