adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 May 2017 16:24
21883
ƏDƏBİYYAT
A- A+

AYF-də növbəti kitab müzakirəsi

Azərbaycan Yaradıcılıq Fondunda Araz Əhmədoğlunun iki kitabının müzakirəsi keçirilib.Qeyd edək ki, kitablar Kamal Abdullanın "Yarımçıq Əlyazma" və "Sehrbazlar dərəsi" romanları haqqında iki monoqrafiyadır.

Tədbiri giriş sözüylə açan Fondun aparat rəhbəri Qismət Rüstəmov bildirib ki, dünya səviyyəli əsərlər "Yarımçıq Əlyazma" və "Sehrbazlar dərəsi" haqqında işıq üzü görən bu kitablar xüsusi əhəmiyyətə malikdir. Qismət Rüstəmov qeyd edib ki, oxucular bu kitablar vasitəsilə Kamal Abdulla yaradıcılığı haqda geniş bilgi əldə edəcəklər. Kamal Abdulla yaradıcılığının sirrlərini çözmək cəhdlərində bu kitablar onlara kömək olacaq.

Sonra çıxış edən müəllif Araz Əhmədoğlu görüşün təşkilinə görə Fondun rəhbərliyinə təşəkkür edib. Kamal Abdulla yaradıcılığıyla tanışlığının tarixçəsini danışıb, kitabla bağlı təklif və iradlara açıq olduğunu qeyd edib.

Tədbirdə çıxış edən "Multikulturalizm" jurnalının baş redaktoru Fəxri Uğurlu, baaş redaktorun müavini Tahir Kazımlı, Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı, AYF-nin sədr müavini Rafiq Kaşanlı, yazıçı Kənan Hacı kitabın əhəmiyyətindən danışıblar, təklif və iradlarını bildiriblər.

Tədbir fikir mübadiləsi formatında davam edib.