adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 May 2017 16:09
7057
MƏMLƏKƏT
A- A+

Şəhidin məzarı 24 ildən sonra tapıldı -

İmişlinin Şəmmədli kənd məzarlığında dəfn olunan daha bir şəhidin yaxınları tapılıb.

Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd sakini Şahbaz Şahlar oğlu Zeynalov ARB TV-də yayımlanan süjeti izlədikdən sonra fotolarda əks olunan şəhidlərdən birinin qardaşı olduğunu tanıyıb. Bildirib ki, qardaşı Nəsimi Şahlar oğlu Zeynalov 1992-ci ildə Qarabağda gedən döyüşlərə qatıldıqdan sonra ondan xəbər çıxmayıb.

Əbülfəz Zeynalov (şəhidin əmisi oğlu):"Könüllü olaraq ordu sıralarına yazıldı. Ağdamətrafı bütün döyüşlərdə iştirak edib. 93-cü ilin axırında əlaqəmiz kəsilib. O gündən axtarırıq tapa bilməmişik. Sizin köməyinizlə tapmışıq".

Xəqani Zeynalov (şəhidin qardaşı):"Qardaşım o vaxtdan şəhid olub. Məzarının yerini bilməmişik. Sizin sayənizdə tapdıq".

Qeyd edək ki, bu, süjet efirdə yayımlandıqdan sonra yaxınları üzə çıxan 3-cü şəhiddir. Hər üç şəhid barədə müəyyən dədiqləşmələr aparıldıqdan sonra yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.