adalet.az header logo
  • Bakı 18°C

ZİRVƏYƏ QARTALLAR QONUR

FAİQ QİSMƏTOĞLU
71218 | 2017-05-19 15:57

… Uca dağların həmişəlap uca zirvəsi olur. Və bu uca dağların zirvəsinə yalnız və yalnız qartallar qalxırvə o zirvədə qartallar qonaraq ətrafına boylanır. Başqa bir canlının o zirvəyə qalxmağaheç vaxt gücü çatmaz. Hansısa çalışar ki, qartal kimi qanad çalıb o zirvədə duruştapsın. Amma bu ona heç vaxt qismət olmaz…

İnsan həyatı da bax belədir. Onun da zirvəsi, ucalığı və ən yüksək nöqtəsi var. Bu zirvəyə qalxmaq isə hər adama nəsib olmur. Bunun üçün uzun illər əziyyətçəkməlisən, tər tökməlisən, oxumalısan, öyrənməlisən, elmin və adamlığın olmalıdır.Əgər sən bunları əldə eləyə bilirsənsə, zaman-zaman pillələrlə o zirvəyə qalxa bilərsən.Və bir də zirvəyə qalxmaq nə qədər çətin olduğu kimi, orda duruş tapmaq ondan daçətindir. Amma bu çətinliyə dözməyi bacaranlar, hər cür enişli-yoxuşlu yolu getməyəqadir olanlar daha güclü çıxırlar. Onlarhəm də Allahın sevdiyi və kömək elədiyi insanlardı. O insanlara kamil, müdrik insanlarda demək mümkündür. Harda və necə olmağından asılı olmayaraq, belələri gec-tez özyollarını tapır və gəlib çıxırlar həmin o zirvəyə…

Mənim tanıdığım vəçox hörmət elədiyim böyük ziyalı, yazıçı, publisist, ictimai-siyasi xadim, millətvəkili İmamverdi İsmayılov da məhz belə insanlardandır. Sözün həqiqi mənasında oİnsandır. O heç vaxt heç kəsə qarşı təkəbbürlü, özündən razı halda olmayıb… O heçvaxt zəif, aciz və imkansız adamlara yuxarıdan aşağı baxmayıb… O heç vaxt çətinədüşən dostunu, yoldaşını darda qoymayıb…

Bunu ona görə deyirəmki, millət vəkili İmamverdi İsmayılov bu zirvəyə qalxmamışdan öncə bizim tələbədostumuz olub. Mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistikafakültəsini 1979-cu ildə bitirmişəm. İmamverdi İsmayılov isə 1980-ci ildə həminali məktəbi bitrib. Yəni bizim tələbəlik illərimiz ötən əsrin 70-ci illərinə təsadüfedir. Tələbə vaxtı əksər dostlarımız hərcür çətinliyə öyrəşmişdilər. Amma onların içərisində daha çox əziyyət çəkən, sıxıntıkeçirən, ancaq bunu heç kəsə bildirməyən yoldaşlarımız da vardı. İmamverdi İsmayılovçox ziyalı, zəhmətkeş, alın təri ilə yaşayan bir ailənin övladı idi. Heç kəsə, heçkimə sıxıntılarını, çətinliklərini bildirməzdi. Ən çox da onunla kitabxanalardagörüşərdik. Çünki biz tələbələrin ömrünün, vaxtının çox hissəsi ya Axundov adına,ya Sabir adına, ya da Lenin adına kitabxanada keçərdi. Hündürboy, qaraşirin bu oğlanöz ünsiyyəti, səmimiyyəti ilə hamıyla dil tapmağı bacarırdı. Özü də elə tez ünsiyyətyaradırdı ki, düşünürdün onunla nə vaxtsa çoxdan tanışsan. Çox vaxt da ona deyirdimki, İmamverdi, siz Zəngilana bizim kənddən keçib gedirsiniz. Həqiqətən də Zəngilanagetmək üçün ya Bakı-Yerevan qatarına, ya da Bakı-Qafan sərnişin qatarına minməliidin. Bu qatarın hər ikisi də Bəhmənlininortasından gəlib keçirdi. Düzdü, avtomobil yolu da vardı. Amma biz tələbə olandaən çox sərnişin qatarından istifadə eləyərdik. Qatar Bəhmənlidə az dayandığına görə,mən ya Hacılıda, ya da ki, Horadiz stansiyasında düşüb maşına minərək kəndə qayıdırdım…

Uşaq vaxtı olandahəmin qatarlar bizim kənddən keçərkən mən qibtəylə baxırdım. Düşünrüdüm ki, həminqatarda Bakıya gedən adamlar necə də xoşbəxtdilər. Uzaqdan qatarın vaqonlarındakıkupelərdən işıq görünürdü. Elə bu işığa da baxıb həmişə sevinirdim ki, bəs biz nəvaxt qatara minib Bakıya gedəcəyik? Yəqin ki, mənim kimi və eləcə də İmamverdi İsmayılovkimi o vaxt orta məktəbdə oxuyan məktəblilərin hamısının arzusu olub ki, qataraminsin, Bakıya getsin, ali məktəbə imtahan verib tələbə olsun…

İmamverdiİsmayılov bir yazıçı, bir publisist, bir jurnalist kimi çox istedadlı adamdı. Hansımövzuda qələmini sınayıbsa, hamısı da uğurlu alınıb. Onun televiziya ssenarilərindəntutmuş hekayələrinə, povestlərinə və portret oçerklərinə qədər hamısı bir-birindəngözəl və yaddaqalandır. Ən önəmlisi odur ki, İmamverdi İsmayılovun hansı yazısıya mətbuat səhifəsində, ya da kitabda adamın gözünə dəysə, onu birnəfəsə oxumaqmümkündü. Yəni onun bədii yazılarını oxuyan zaman heç vaxt oxucu darıxmaz. Şirin dili və üslubu səni götürüb apararöz aləminə. Və bir də hiss eləyərsən ki, artıq o hekayəni, o povesti oxuyub başaçatdırmısan…

İmamverdi İsmayılovözünü televiziya jurnalisti kimi də, mətbuat işçisi kimi də, yazıçı kimi də təsdiqetmiş bir ziyalıdır. Yaxşı yadımdadır ki, o bir müddət Azərbaycan Dövlət Televiziyavə Radio Verilişləri Komitəsinin «Gənclik» baş redaksiyasının Baş redaktoru vəzifəsindəçalışıb. Həmin illərdə də onun redaksiyaya gətirdiyi yeni ab-hava, müasirlik vəeyni zamanda hadisələrə fərqli yanaşma çoxlarının diqqətini özünə cəlb eləmişdi.Gəncliyin ruhuna, zövqünə uyğun verilişlər hazırlamaq və efirə çıxarmaq baş redaktordançox böyük istedad və təcrübə tələb edirdi. Tam məsuliyyətlə deyə bilərəm ki, buməsuliyyətin də öhdəsindən İmamverdi İsmayılov bacarıqla gəlirdi.

O harda çalışıbsa,hansı vəzifədə olubsa, həmişə o işə yeni rənglər, yeni çalarlar gətirib. MətbuatFondunun rəhbəri işləyərkən onun qeyri-adi yanaşma tərzi heç vaxt yadımdan çıxmır.Belə ki, bir gün radioda Mətbuat Fondununjurnalistlərlə bağlı mükafatlandırılmasını eşitdim. Cəbhə bölgəsinə, Füzuliyə gedirdim. Səhv eləmirəmsə, 1992-ci il idi. və mən də tez-tezhəm Füzulidən, həm də Cəbrayıldan, Qubadlıdan, Zəngilandan telefon vasitəsilə cəbhəxəbərlərini «Ədalət» qəzetinə çatdırırdım. Mükafatlandırılanlar arasında Faiq Qismətoğluadını eşidəndə az qala sevincimdən gözlərim yaşardı. Diktor səsləndirdi ki, «Ədalət»qəzetinin xüsusi müxbiri Faiq Qismətoğlu cəbhə bölgəsindən dərc etdirdiyi operativ yazılarına görə, MətbuatFondunun «Dan ulduzu» mükafatına layiq görülüb. Təsəvvür edin, bunlar hamısı İmamverdi İsmayılovun xidmətləri idi. Mənheç o fonda nə yazı təqdim eləmişdim, nə də İmamverdi müəllimi görmüşdüm. Sadəcə olaraq o, dövrü mətbuatı izləyirmiş vəözü də xoşu gələn jurnalistləri xəbərləri olmadan mükafatlandırırmış. Mən jurnalistikasahəsindəki fəaliyyətimdə çox mükafatlar almışam. Amma İmamverdi İsmayılovun mənimxəbərim olmadan verdiyi mükafat heç vaxt yadımdan çıxmır. Özü də bu mükafatı çoxyüksək pul mükafatı idi.

Sözümün canı ondanibarətdir ki, İmamverdi İsmayılov özü nə qədər istedadlı, zəhmətkeş bir insandırsa,digər istedadlı adamları da görməyi və qiymətləndirməyi bacarır. Sözün açığı, bəzənistedadlı adamlar özündən başqa kimlərisə bəyənmir, qəbul eləmir. Amma İmamverdiİsmayılov tam başqa dünyanın adamıdı. Çünki o, haqqı, ədaləti bütün dövrlərdə hərşeydən üstün tutub və istedadlı insanlara da dəyər verir.

Heç mən tələbə dostumuzİmamverdi İsmayılovu 3 ildir görmürəm. Bir dəfəyeznəsi rəhmətə getmişdi. Sumqayıtda o məclisdə iştirak elədik, İmamverdimüəllimi də görmədim. Daha doğrusu, İmamverdi müəllim yaxın dostları ilə bir stolda əyləşmişdi və o bizi görmədi. Görsəyditəbii ki, gəlib görüşərdi. Amma o heç vaxt kiminsə elədiyi yaxşılığı, köməkliyiyaddan çıxarmır və unutmur. Məhz bu dəyərləri İmamverdi İsmayılovu başqalarına– tanışlarına, dostlarına daha çox sevdirir.

İmamverdi İsmayılovZəngilan-Qubadlı dairəsindən neçə çağırışdır ki, Milli Məclisə deputat seçilir.Mən həmişə də onu Qubadlı, Zəngilan camaatının xeyir-şərində görmüşəm. Görmüşəmki, o, kimsəsizlərin məclisinə gəlib, dərdinə şərik olub və lazımi addımlar atıb.İmamverdi müəllim heç vaxt elədiyi yaxşılığı yada salan deyil. Özü də tərifi qətiyyənsevmir. Amma mən bir tələb dostu olaraq onun xəbəri olmadan ürəyimdən keçənləriqələmə alıram. Bilmirəm, bu nə dərəcə İmamverdi İsmayılovun xoşuna gələcək, ya gəlməyəcək?!Amma bir onu bilirəm ki, bu cür ziyalılar haqqında hər hansı sözü vaxtında və zamanındademək lazımdır.

Onun haqqında birvaxtlar müxtəlif KİV-lərdə şər-böhtan da yazıldı. Amma bunların heç birinə İmamverdiİsmayılov əhəmiyyət də vermədi. Bəziləri elə fikirləşir ki, filankəs deputatdı,yağ-bal içində yaşayır. Ancaq mən bilirəm ki, İmamverdi İsmayılov deputat olandada, olmayanda da hansı sıxıntıları, hansı dərd-səri yaşayıb. Ümumiyyətlə, biz qələmsahibləri içimizdən çıxan istedadlı yazıçı-publisistləri çox vaxt top atəşinə tutmaqdanbelə çəkinmirik. Düşünmürük ki, onlara atılan hər hansı bir atəş, zərbə nə vaxtsabizi gəlib tuta bilər..

Bilmirəm, İmamverdiİsmayılovun yuxusuna doğma Zəngilanı girir, ya girmir?! İnanmıram ki, o belə yuxulargörməsin. O belə yuxuları görür. Bəlkə də yuxularında Zəngilana gedir. Ordan Qubadlıya,Cəbrayıla, Füzuliyə boylanır. Bax, onda yuxudan ayılanda (mən bunu dəfələrlə yaşamışam) adamın gözləri dolur. Amma düşünürəm ki, bir gün İmamverdi İsmayılov Horadizdənkeçib Cocuq Mərcanlıya gedəcək, ordan da sürücüyə deyəcək ki, Zəngilana gedirik.Çünki bu ovqat, bu əhval-ruhiyyə bu gün bizim millətimzdə çox güclüdür. Bunu da yaradan Ali Baş Komandan,ölkə Prezidenti İlham Əliyevdir. Əgər bugün Cocuq Mərcanlıya gediriksə, sabah Zəngilana, Qubadlıya, Şuşaya getməyimiz mütləqdir!Mən buna günün çıxması qədərinanıram. İnanıram ki, günlərin birində biz hamımız birlikdə o yurdlara qayıdacağıq…


TƏQVİM / ARXİV