adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MASAZIRDAN GÖNDƏRİLƏN İSMARIC

ƏBÜLFƏT MƏDƏTOĞLU
66066 | 2017-05-19 15:12

İstəməsəniz onaqapı açmayın

… Heç özüm gələbilmirəm. Təkcə ürəyim sıxılmır, gözlərim də darıxır. Çünki ətrafda tanıdığım bir kimsəyoxdu. Hər gün, hər axşam salamlaşdığım,hal-əhval tutduğum insanlar, 25 ilə yaxın gözləriməköçürdüyüm sifətlər elə bil ki, bir qasırğa nəticəsində gözlərimdən silinib. Vəbu «silinmə» prosesi ürəyimi də zədələyib, sıxıntılarımı artırıb. Və mən növbətidəfə yaşadığım köçkünlüyün azacıq unutduğum ilk təəssüratlarını yenidən yaşamağabaşlamışam…

Ondada belə idi. Daha doğrusu, belə oldu. Kəndim yağmalandı, evim yandırıldı və məcburolub köç etdik, qaçqın düşdük. Füzulişəhərində çox dəyərli dostum kordioloq Rafiq Yusifli evinin açarını verdi mənə.Bircə kəlmə dedi:

- Buyur, bu evoldu sənin, yaşa ailənlə!

Belə də etdim.Rafiq həkim öz adına, öz imkanlarına uyğun gözəl bir həyət ev idə tikmişdiFüzuli şəhərində. Üçmərtəbəli binadakı üç otağını mənə bağışlayıb, özü köçdü həmin həyət evinə. Evin kəm-kəsirinəbaxmayaraq söylədi ki, içərisində yaşaya-yaşaya qalan problemləri çözərəm! Buürək həkimi Rafiqin ürəyinin səsi idi. Mənə təsəlli verən səsi… Sonra Füzuliişğal olundu… Yenə yır-yığış, yenə itirə-itirə köçmək… Bu dəfə Beyləqana… Özü dəuşaq bağçasına… Bu rayonun dəyərli ziyalılarından olan rəhmətlik Fazil müəllim(o, həmin illərdə Beyləqanın təhsil şöbəsinin müdiri idi – Ə.M.) və hörmətliMehdiyev (o da təhsil şöbəsində müavin idi – Ə.M.) məsləhətləşib uşaqbağçasının böyük otaqlarından birini boşaldıb ailəmizi orada yerləşdirdi. İndidə bu həyata öyrəşməyə başladıq…

Mən bunları onagörə xatırladıram ki, bütün bu köç proseslərində uşaqlarım bir çaşqınlıqyaşayırdılar. Çünki təzə ev, təzə məhlə, təzə uşaqlar, görmədikləri mənzərələr, alışmadıqları məqamlar vəs. və ilaxır. Hamısı da uşaqlara təsir edirdi. Mən bunu açıq-aşkar duyurdum,görürdüm. Ancaq heç nə edə bilmirdim.Çünki ellə gələn bəlanı yaşayırdım. Düşmənin vurduğu yaraları gəzdirirdiközümüzlə… Öyrəşdik bütün bunlara, alışdıq… Uşaqlar da uyğunlaşdılar şəraitə. Çünki onlar hələ həyatın nə olduğunu, yurd-yuva itirməyinağrı-acısını anlamırdılar. İndi müəyyən qədər uşaqların həmin illərdə çox kiçikyaşda olmalarına sevinirəm. Ona görə ki, ürəkləri mənim ürəyim qədər zədəalmadı. Sadəcə, bir müddət köhnə şərait üçün darıxdılar. Sonra təzə yurd onlarahər şeyi unutdurdu. İndi isə...

İndi isə hər səhərişə gələndə özümdən asılı olmadan dayanıb uçurulmuş, dağıdılmış yurduma baxıram. Daşı daş üstündəqalmayan evimin gülləri, ağacları tapdalanmış məhəlləmin mənzərəsini ağrıyla,sızıltıyla seyr edirəm. Və tam səmimi etiraf edim ki, tapdalanan qızılgüllərin,yasəmən ağacının, eləcə də digərmeyvə ağaclarının qarşısında özümü həm günahkar, həm də aciz görürəm. Ona görəki, mən o ağacları çubuq halında kimlərdənsə aldım, istədim və onları gətiribsevə-sevə əkdim. Sən demə mən onları ölümə daha sürətlə yaxınlaşdırmışam. Mənimsevgim onların sonu imiş. Ona görə də tapdalanıb, doğranıb məhv olan ağacların,güllərin qarşısında günahım çətin ki, yuyulsun, çətin ki, bağışlansın.Acizliyim isə onları köçürməyə yer tapa bilməməyimdi. Nə qədər çalışdım bir əliçi boyda yer tapa bilmədim ki, onları da köçürüm, onları xilas edim. Bax, buiki səbəbdən hər səhər özümdən asılı olmadan dayanıram eyni nöqtədə və biranlıq avtobus gözlədiyim dayanacaqdan "küllüyü qalan evimə baxıram. Mənidoğruanlayın. Mən itirməkdən həmişə qorxmuşam, həmişə onun əziyyətini çəkmişəm. Bilmirəm nədəndisəsinirə bilmirəm itirdikdərimin acısını. İstər dost olsun, istər doğma, istərsədə bir qələm. Hansısa bir dostun, bir doğmanın mənə bağışladığı qələmi itirəndədə onu özümə dərd edirəm. Bəlkə də bu bir qüsurdu, bir xəstəlikdi və yaxud dahansısa bir anlamı var bunun. Lakin hər nədisə mən də belə bəndəyəm. Və beləolduğuma görə də yaxam dərdin, ağrı-acının əlindən qurtulmur. Hərlənib,fırlanıb döyür qapımı, özü də ikiəlli. Əlləri yorulanda, ağrıyanda yerdən daşgötürüb daşla döyür ürəyimin qapısını. Ona görə də kağızla, qələmləbaş-başa qalanda misralarımın da yükü həmin dərd, kədər olur, ağrı-acı olur. Və öz-özümə pıçıldayıram:


Pərvanəsi dərdolan

Ürəyim şam təksönür…

Üzü qara ümidlər-

Səssiz üstümədönür…


Hə, bax, yazınınəvvəlində dediyim kimi,Masazırda yaşamağa başlayan bir Bakı köçkünü olaraq hələ nə qonşularıtanıyıram, nə alış-veriş edəcəyim yeri. Doğrudur, ilk təmasda xoş olmayan birovqatla qarşılaşdım,daha doğrusu, bir xoş olmayan «sifət» çıxdı qarşıma. O Sifətin təəsüratı mənibir az da dərdə tərəf çəkdi. Belə ki, əşyalarımızı daşıyan maşın köçdüyümüz həyətədaxil olmaq üçün bir yer seçməli olduq. Təbii ki, divar qonşumuzun qapısınınönündə, özü də geniş bir yerdə maşını saxladıq. Bir az keçmiş evin sahibihay-küylü bir şəkildə üstümə gəldi:

- Xahiş edirəmbir də burda maşın saxlamayın!Mənim üç-dörd maşınım var… Sonra problemimiz yaranmasın…

Onun üzünəbaxdım. Susdu. Nə fikirləşdisə:

- Ağsaqqal, mənxəbərdarlığımı etdim! Hə, bir də yəqin təzə qonşusunuz…

Məhəllədəeşitdiyim ilk söz, ilk «xoş gəldin» bu oldu. İndi bu ovqatla, özü də köçkünolan birisinin nələr yaşadığını, içindən nələr keçirdiyini yəqin siz də duydunuz.Mən onsuzda duyduğumu hər günduyuram. Və ona görə də bu qısa müddət ərzində çalışıram ki, həmin sifətləqarşılaşmayım. Axı bu ilk təmas onun kim olduğunu artıq mənə anlatdı. Və mən dəbu qərara gəldim ki, bu cür sifətlərlə təmasda olmaqdansa, başını aşağı salıböz yolunla getmək daha doğrudur. Zənnimcə sizlər də elə mənim kimi düşünərdiniz.Axı hər şeyin ilki təəsüratlarınbaşlanğıcı olur. Mən də bu təəsüratın diktəsilə yazdım ki:


Tez yola sal,tez öldür

Səndən doymadangedim…

Bu ilan dərdlərimlə

Qabıq qoymadangedim…


Qırıb qəmin,iradın

Neçə min yol sınadım…

Ruhum açıbqanadın-

Kəsib soymadangedim…


Mən həm od, həmqor oldum

Dərd hördüyü toroldum…

Elə et ki,yoruldum –

Sözün duymadangedim…


***

İndi nəşriyyatın6-cı mərtəbəsində bu yazını bilgisayara diktə edəndə dediklərimi kompüterin yaddaşına köçürənsevimli Gülər xanım üzümə çox qəribə nəzərlə baxdı. Və mən hiss etdim ki, hər şənbətəkrarlanan bu mövzu onda da müəyyən təəsüratlaryaradır, müəyyən fikir formalaşdırır. Və o bu mövzunu yazmaqdan yorulub, nə də mənim halımaacımaqdan. Özü də elə mənim durumuma düşübdü. Hətta baxışlarından hiss olunurki, dərdi-kədəri daşıyıb onun iş otağına gətirmək onun ürəyincə deyil. Lakinbir məqam da var ki, sevimli Gülər xanım da müəyyən hisslərinə, xüsusilə ev dəyişmək, yurd dəyişmək duyğularına bir növü şərikçıxır. Onun da belə bir xatirəsi olduğundan məni anlayışla qarşılayır.Yazdıqlarımdan, diktəmdənyorulsa da, nə çəkdiyimi anlayır. Elə Gülərə də, məni anlayan hər kəsə minnətdarolmaqla yanaşı, demək istəyirəm ki, inciməyin, yazmaya bilmirəm. Deməyə bilmirəm.Sadəcə yazmaqla, deməklə heç nəyə çatmasam da, bir azacıq nəfəs alıram. Sankibirudumluq hava qazanıram.Bu işin sonuna gəlib çatmaq üçün, lap elə bu yazının son nöqtəsini qoymaq üçün. Deməli, həyatın məndən vəbizdən asılı olmayan bütün məqamları iki istiqamətdə hərəkətdə olur - gecədəngündüzə, gündüzdən gecəyə. Mən hardan hara getdiyimi, hardan hara hərəkətetdiyimi hələ də qavraya bilmirəm. Hətta yadıma rəhmətlik həmkarım, tələbə yoldaşımZöhrab Əmirxanlının bir sözü düşür. O bir dəfə mənə telefonda təsəlli veribdedi ki, qardaş, dərdi çox silkələmə. Ondan tökülsə, yenə dərd töküləcək. Rəhmətlik Zöhrab bu fikrinisonra mənim internetdə paylaşdığım yazıma münasibət bildirərkən də xatırlatmışdı.İndi anlayıram ki, alma ağacından armud tökülmədiyi kimi, dərd ağacından dasevinc töküləsi deyil. Deməli, mənim içimdəki dərd ağacı ancaq dərd çiçəkləyir,dərd yetişdirir… Və mən də o dərd ağacının gövdəsinə söykənib hansı tərəfəbaxıram baxım, gördüyüm ancaq gövdəsinə sığındığım ağacın çiçəkləri olur. Həminçiçəklərə isə bu misraları pıçıldayıram.


Əlim çatmır özümə

Özüm özümdənuzaq…

Dəyir daha gözümə-

Gözüm gözümdənuzaq…


Sanki dəli birkülək -

Əsdirdi qəfil fələk…

Yaman düşdü, ay mələk-

Gözüm gözündənuzaq…


Bulud endi üstümə

Bülənd oldutüstümə…

Alışmadı istimə-

Ocaq közümdənuzaq…


Hər gün şam təksönürəm

Yarı yoldandönürəm…

Gözün aydın, ölürəm-

Bitən dözümdənuzaq…


***

Gecənin tənyarısıdı. Səhərin açılmasına bilmirəm nə qədər vaxt qalıb. Ona görə tən yarısıdeyirəm ki, saat 00:03 göstərir… Ona görə səhərin açılmasına nə qədər qalıbdıdeyirəm ki, bu səhərin nə vaxt, necə və kimin üçün açılacağını da bilmirəm.Bax, bu mücərrədliyin içərisində bir balaca vahimələnirəm. Çünki Masazırdayaşamağa başladığım ərazidə çox dərin bir sükut var. Və yaşadığım evlə qəbiristanlığınarası da az qala beş iynə boyu yoldu. Burdan gələn bir sükut da var ətrafımda.Elə o sükutun içərisində düşünürəm ki, «Azərbaycan» nəşriyyatında iş otağımın pəncərəsi də Yasamal qəbiristanlığınabaxır. Bilmirəm təsadüfdu, yoxsa bu mənim tale yazımın növbəti sətri. Təsadüfdemişkən, hörmətli Fəridə Rəhimli ötən şənbə «Ədalət»də bir «Təsadüf» yazısıyazmışdı mənimlə bağlı. Qaçqınlığımı, gəlib «Qaçaq Nəbi» küçəsinə sınğınmağımıvurğulamışdı. Ona da, özümə də xatırladıram ki, Yasamal və Masazır qəbiristanlığınabaxan pəncərələrim də görəsən təsadüfdü, yoxsa?..

Bəli, indi bu təsadüflərin,bu sükutun və nəhayət, bu düşüncələrin içərisində demək istəyirəm ki:


Bütün gecəni

ulduzları saydım

bütün gecəni

saydığımulduzlardan

nə birini,

nə də birinin

qəlpəsiniqopardım…

sadəcə

səhərə

bütün gecədən

yaddaşımda

və gözlərimdə

ulduz apardım…

götür gözlərimdən

onu sən

qoy bəxt ulduzunolsun…

***

Bu yazı Bakıköçkününün Masazırdan ilk ismarıcıdı. Mənə elə gəlir ki, bu ismarıcın döydüyüqapılar onun üzünə açılmayacaq. Çünki ismarıc sahibi dərdə öyrəşmiş, dərdə köklənmişadamdı. Dərd isə heç vaxt nə özü, nə də sahibi üçün işıq yandırmır. Əksinə,kimlərinsə qanını qaraldır, əsəblərinə toxunur. Belə olan halda isə adam dəcəl,pis uşağa çevrilir. Mən də həmin o pis uşaqlardan biri kimi yazımın sonunda dakədərə xitab edirəm.


Bir kədər variçimdə

Kimisəyə xoş gəlməyən…

Hər tərəfidolanıb -

Üstümə boş gəlməyən…


Mən yolun gözləmirəm

İsmarıc da etmirəm…

Özü açır qapımı-

Mən ardıncagetmirəm…


Kədər olub ərköyün

Mən dəüzüyumuşaq…

O halımla gözündə-

Pis uşağam, pisuşaq…


Sizlərə yaxşı,sevən və sevilən olmaq arzusuyla Masazırdan növbəti ismarıca qədər…


TƏQVİM / ARXİV