adalet.az header logo
  • Bakı 17°C
19 May 2017 15:05
5092
GÜNDƏM
A- A+

Bakı Mühəndislik Universitetində tədbir keçirilib

Bakı Mühəndislik Universitetində "Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin professoru Nəsrullah Məmmədovun "İslamda millətlərarası münasibətlər və Qərblə dialoqdakı problemlərin həlli yolları” mövzusunda məruzəsi dinlənildi. 

Alim islam dininin tolerantlıq dini olduğuna diqqəti çəkərək, islamafobiyanın yaranmasında islam cəmiyyətinin öz dinini yaxşı bilməməsinin də rolu olduğunu vurğuladı. Günümüzdə Azərbaycanın yürütdüyü multikulturalizm və tolerantlıq siyasətinin çox lazımlı olduğunu ifadə edərək, bu siyasətin hər birimiz tərəfindən dəstəklənməsinin zərurətini örnəklərlə əsaslandırdı. 

Tədbirin sonunda alim tələbələrin suallarını cavablandırdı.