adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2017 14:34
9001
DÜNYA
A- A+

Şimali Koreyada gülünc mərasim

Son vaxtlar həyata keçirdiyi nüvə sınaqları ilə böyük savaş təhlükəsi yaradan Şimali Koreyada qəribə bir mərasim keçirilib.

Adalet.az xəbər verir ki, bazar günü atılan və ölkənin ballistik raketi olan Musudan-12-ni hazırlayan qrup paytaxt Pxenyanda böyük sevgi ilə qarşılanıb.

Avtobuslarla Pxenyana girən mühəndis və hərbçiləri yol kənarına düzülmüş minlərlə koreyalı alqışlayıb.

Qeyd edək ki, 787 kilometr yüksəkliyə qalxan Musudan-12 nüvə başlıqlı raketi Yapon dənizinı düşüb.