adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 May 2017 22:29
12039
SAĞLAMLIQ
A- A+

Cavan qalmaq istəyirsinizsə...

İnsanlar yerkökünü qədim zamanlardan yetişdirir və istehlak edirlər. Bir vaxtlar yerkökü Avropada hətta delikates sayılırdı.

Yerkökü tək tərəvəz kimi deyil, dərman kimi də istifadə olunurdu. Keçmişdə yerkökünün balla qarışığını xəstə insanlara verirdilər ki, daha tez sağalsınlar.

Yerkökü həqiqətən çox faydalıdır. Onun tərkibində, demək olar bütün vitaminlər və əsas minerallar var. Yerkökü xüsusilə beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini ən güclü antiokidantlardan biridir. Bu vitamin qocalma proseslərini ləngidir, insanları bir çox xroniki xəstəliklərinin inkişafından qoruyur. Bu vitamin uşaqların normal inkişafı üçün olduqca vacibdir.

Yerkökü görməni yaxşılaşdırır. Bu məqsədlə belə reseptdən istifadə edə bilərsiniz: təzə yerkökünü ortadan kəsib arasına kərə yağı çəkin və hissələri biri birinə yapışdırıb belə "buterbrodu" yeyin. Yerkökünün tərkibində olan görməni yaxşılaşdıran beta-karotin yağlarla birlikdə daha yaxşı mənimsənilir.

Yerkökü şirəsi ən sınanmış təbii qurdqovucu vasitələrdən biridir.

Yerkökü immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır.

Qidalı liflərlə zəngin olduğundan bağırsaqları əla təmizləyir, qəbizlik zamanı kömək edir.

Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

Qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.

Mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet xəstələri üçün çox faydalıdır.

Yerkökü həmçinin dərinin vəziyyətinə də müsbət təsir edir.

Yerköküdən maksimal fayda almaq üçün onu bitki, kərə yağı, xama və ya qaymaqla yemək lazımdır.