adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 May 2017 13:39
21926
MƏDƏNİYYƏT
A- A+

Əsgər Fərhadi “Oskar”ını aldı

"Oskar”ı baykot eləmiş İran rejissoru Əsgər Fərhadi mükafatını alıb.

 "Oskar” heykəli rejissora Kann festivalında təqdim olunub.

O, "Oskar” mükafatının fevral ayından keçirilən təqdimetmə mərasiminə getməmişdi.

Rejissor bildirib ki, Kann mədəniyyətlərin bir-biri ilə dialoqa girdiyi məkandır.

Əsgər Fərhadinin "Satıcı” filmi "Xarici dildə ən yaxşı film” nominasiyasında qalib olmuşdu. Lakin ABŞ prezidenti Donald Trampın İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ölkəyə gəlişini qadağan etməsindən sonra rejissor baykot elan edərək mükafatların təqdimetmə mərasiminə qatılmamışdı.