adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 May 2017 14:42
90342
MARAQLI
A- A+

Bir çox insanın getmək istədiyi yer

Cadugərlər Bazarı. Boliviya La Paz şəhəri. Dəniz səviyyəsindən təqribən 3650m yüksəklikdə yerləşən, dünyanın ən yüksək paytaxt şəhəri ünvanını daşıyan bu şəhərdə həm də dünyanın ən maraqlı bazarlarından biri – Cadugərlər Bazarı var. 

 And dağları insanlarının bərəkət tanrıçası olan Paçamama üçün dua və ayinlər keçirən yerli xalq bu bazardan ayinləri üçün çeşitli materiallar və digər ehtiyacları üçün iksirlər alırlar. Burada satılanlar arasında ən maraqlısı qurudulmuş lama dölləridir. Yerli inanca görə bu lama döllərini uğur gətirsin deyə evlərinin təməllərinə basdırırlar.