adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 May 2017 09:54
2740
GÜNDƏM
A- A+

Bu xəbəri mütləq oxuyun

"Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilib.  Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Qərara əsasən, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq.