Qaçqınların qeydiyyat proseduru müəyyənləşdi
Azərbaycanda qaçqın statusu almış şəxslərin qeydiyyatına dair prosedur müəyyənləşib.
Adalet.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Beləliklə, şəxsə qaçqın vəsiqəsi verilərkən Dövlət Miqrasiya Xidməti eyni zamanda həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alacaq. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edəcək. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınacaqlar.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24