ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda avtomobillərin qiyməti niyə qalxır?

22419    |   2017-05-18 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycanda avtomobil bazarında müşahidə edilən çöküş əvvəlki aylarda olduğu kimi davam edir”.

Adalet.az xəbər verir ki, bu haqda Modern.az-a məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlıdeyib ki, yaxın vaxtlarda bu sahədə hansısa irəliləyişin əldə olunacağı gözlənilmir:

"Dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Son 1 ildə xüsusilə ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir.

R.Osmanlı avtomobil bazarında müşahidə edilən mənfi tendensiyanı həm də əhalinin alıcılıq qabailiyyətinin aşağı düşməsi ilə əlaqələndirib:

"2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb. Həm də əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.




İmza:
SON XƏBƏRLƏR
2017-08-23
2017-08-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tağı Mamedlə söhbət edir.
Tağı:
- Məntiq nədi?
Mamed: - Sən evdə balıq saxlayırsan?
Tağı: - Hə.
Mamed: - Deməli, təbiəti sevirsən, təbiəti sevirsənsə ailəni sevirsən, ailəni sevirsənsə, demək kişi adamsan, bax məntiq budur.
Tağı Mameddən aralanıb evinə gələndə yolda qonşusu ilə rastlaşır:
- Qonşu, sən evdə balıq saxlayırsan?
- Yox.
Tağı: - Məntiqlə baxanda demək sən kişi deyilsən.




digər lətifələr
ARXİV
FACEBOOK