adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2017 18:21
7254
MƏMLƏKƏT
A- A+

Bakı sakinləri işğal olunmuş torpaqların azad olunacağına inanır

"ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan ordusu tərəfindən işğalından 25 il keçir. Laçından başqa Dağlıq Qarabağ və ətraf altı rayon da uzun illərdir ki, işğal altındadır. Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı tarixi torpağından didərgin düşüb. Bəs Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin həllinə inanırmı ?

Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (94 %) torpaqların işğaldan azad olunacağına inanır. Cəmi 6 % münaqişənin həllinə bədbin yanaşır.

Sualı cavablandıran qadınların 93 %-i, kişilərin isə 97 %-i işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad olunacağına inanır.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.