adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 May 2017 17:40
4689
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarları pulsuz olacaq

22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu” dayanacağından Bak sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.