adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 May 2017 17:34
7144
İDMAN
A- A+

İslamiadada 100-cü medalımızı qazandıq

Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayını 100-ə çatıb.

Adalet.az-ın məlumatına görə, 100-cü medalı boksçumuz Tayfur Əliyev qazanıb.

Dünən yarımfinalda məğlub olan idmançımızın 3-cü yer tutması məlum idi. Amma bu medal bu gün keçirilən final görüşündən sonra rəsmiləşib. 56 kq çəki dərəcəsində keçirilən final döyüşündə özbəkistanlı Abdulxay Şaraxmetov 1-ci, türkmənistanlı Yakub Meredov isə 2-ci yeri tutub.