adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 May 2017 16:31
6376
MƏMLƏKƏT
A- A+

Arzu Rəhimov vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Kürdəmir rayonunda Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Xidmətdən Adalet.az–a veriən xəbrə görə, qəbulda 24 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.