adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 May 2017 15:55
17679
ƏDƏBİYYAT
A- A+

Svetlana Alekseyeviçin ölüm xəbəri yayıldı

2015-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Alekseyeviçin ölüm xəbəri yayılıb. 

Fransanın mədəniyyət naziri Fransuaz Nissen Twitter hesabında belaruslu yazıçının öldüyü haqqında məlumat paylaşıb.

Fransanın La Fiqaro qəzeti də həmin məlumatı yayıb. Sonradan məlum olub ki, nazirin adına açılan profil saxta imiş.

Svetlana Alekseyeviç yayılan ölüm xəbərləri ilə bağlı bunları söyləyib: "Xəbərləri oxuyuram... Ölüm xəbərini kim və nədən düşünüb? Mən indi Koreyadayam, kitabımın koreyaca nəşrinin təqdimatında...”

Yazıçı sağlamlığının qaydasında olduğunu bildirib.