adalet.az header logo
  • Bakı 13°C
18 May 2017 15:45
99984
ELM VƏ TƏHSİL
A- A+

Abituriyentlərə inanılmaz fürsət

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC abituriyentlər üçün ixtisas seçimindən öncə bir gün tələbə həyatı yaşamağı təklif edir.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a verilən məlumata görə, UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini nəzərə alaraq, qəbul imtahanlarında 2-ci qrup üzrə müvafiq bal toplayan abituriyentlər bu ali məktəbə gələrək, istədikləri dərsdə dinləyici kimi iştirak edə bilərlər. Dərsləri dinləmək abituriyentlərə ixtisas seçimi edərkən düzgün qərar verməyə kömək edəcək.

UNEC tələbəsi adını qazanmaq istəyən abituriyentlər universitetə gələrək, ali məktəblə tanış ola, onları maraqlandıran bütün suallara cavab ala bilərlər.

Bundan başqa, UNEC-lə tanış olmaq istəyən abituriyentlər universitetin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/uneceduaz/) yaza və yaxud "Qaynar Xətt” xidmətinə (146-1-3) müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətinə əlavə təqaüd veriləcək. İmtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə isə ayrıca əlaçı təqaüdü verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.