adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 May 2017 14:50
22485
MƏDƏNİYYƏT
A- A+

İranlı rejissora “Oskar” mükafatı verilib

İranlı rejissor Əsgər Fərhadiyə Kann festivalında "Oskar”mükafatı təqdim edilib.

Adalet.az Report-a istinadla xəbər verir ki, 2017-ci ilin fevral ayında Ə.Fərhadinin "Kommivoyajor”filmi "Xarici dildə ən yaxşı film”kateqoriyasında "Oskar”qazanıb. Amma ABŞ prezidenti Donald Trampın İran vətəndaşlarının ölkəyə girişinə qadağa iləbağlı fərmanı səbəbindən Hollivuddakı mərasimə gedə bilməyib.

Nəticədə Amerika Kinematoqrafiya Sənət və Elm Akademiyasının nümayəndəsi Meredit Şi Kann festivalına gələrək mükafatı Ə.Fərhadiyə, eləcə də prodüser Aleksandr Malle-Qaya təqdim edib.