adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 May 2017 11:30
8711
SİYASƏT
A- A+

İrana qarşı embarqonun müddəti uzadıldı

ABŞ prezidenti Donald Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddətini uzadıb.

Adalet.az xəbər verir ki, bu barədə Ağ ev açıqlama yayıb.

Trampın qərarında bildirilir ki, digər ölkələrin kifayət qədər neft tədarük etməsi İrandan xammal və neft məhsullarının ixracını azaltmağa imkan verir.

Bununla belə, D.Tramp qeyd edib ki, hazırda ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı, rəsmi Tehranla münasibətlərə yenidən baxır.

Xatırladaq ki, 2015-ci ildə "altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında razılaşma əldə olunub. Rəsmi Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb.

Bunun qarşılığında İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qaldırılmalıdır.

2017-ci ilin fevralında ABŞ Tehranın ballistik raket proqramı ilə bağlı İrana qarşı tətbiq olunan sanksiyaları genişləndirib.