adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 May 2017 09:20
8021
DÜNYA
A- A+

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.

Adalet.az-ın Report-a istinadla məlumatına görə, bu barədə İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidi xəbər verib.

Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.

Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.