adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 May 2017 23:02
6765
DÜNYA
A- A+

Barıt zavodunda partlayış: 17 yaralı

Polşada barıt zavodunda baş verən partlayışda xəsarət alanların sayı dəqiqləşib. 

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

Partlayış baş verən binanın altında insanların qaldığı ehtimal olunur. Hazırda axtarış tədbirləri davam etdirilir.