adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 May 2017 22:45
2644
HADİSƏ
A- A+

Xırdalanda 3 otaqlı ev yanıb

Abşeron rayonu, Xırdalan şəhərində yanğın olub.

Adalet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 kvadratmetr sahədə və 1 ədəd televizor yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.