adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 May 2017 22:09
7088
İDMAN
A- A+

6 boksçumuz finala vəsiqə qazanıb

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi yekunlaşıb.

Adalet.az-ın məlumatına görə, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını finala yazdırıb.


+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə İordaniya boksçusu Hüsseyn İaşaişi 4:0 hesabı ilə məğlub edib.

Boksçumuz finalda suriyalı Manaf Asaadla qarşılaşacaq.

Qeyd edək ki, final mərhələsində Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaqlar. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) çıxışını bürünc medalla başa vurub.