adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 May 2017 21:54
17429
ƏDƏBİYYAT
A- A+

Xalq Yazıçısının xatirə gecəsi keçirilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun "Maqsud hər kəsə gülümsəyir” adlı xatirə gecəsi keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Maqsud İbrahimbəyovun sevdiyi melodiya – "Adajio Albinoni” ilə başlanan xatirə gecəsində teatrın baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski görkəmli kinodramaturqun yaradıcılığından söz açdı.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Sənətkarın xanımı Anna İbrahimbəyova ömür-gün yoldaşının xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etdi.

Sonra TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman M.İbrahimbəyovla bağlı xatirələrini bölüşdü.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları Maqsud İbrahimbəyovun əsərlərindən parçalar səsləndirdilər.

Tədbirdə M.İbrahimbəyova həsr olunan sənədli film nümayiş etdirildi. Sənədli filmdə kinodramaturqun həmkarlarının və yaxın dostlarının müsahibələri yer alıb.