adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2017 19:25
6607
MƏMLƏKƏT
A- A+

Azərbaycanda salınan yeni meşələrin sahəsi açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) tərəfindən ölkə ərazisində salınan meşərlərin sahəsi açıqlanıb.

ESTN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ölkə ərazisində aqromeşələrin yaradılması məqsədilə əvvəlki illər də daxil olmaqla ümumilikdə 7000 ha-dan artıq aqromeşə salınıb:

"3074.1 ha ərazidə Meşələrin İnkişafı Departamenti tərəfindən şabalıd, qoz, fındıq və s. ağaclar, 2000 ha arid ərazilərdə, qeyri-meşə fondunda isə "Azərbaycan yaşıllaşdırma landşaft quruluşu” ASC tərəfindən zeytunluq salınıb. Artıq məhsul verməyə başlamış 5000 ha aqromeşə mövcuddur”.

Qurum rəsmisi qeyd edib ki, buna əlavə, 2017-ci ilin ötən dövrü əzində 2187.4 ha ərazidə 1 milyondan artıq aqrar əhəmiyyətli ağac əkilib:

"Onların arasında zeytun, qoz, fındıq, badam, nar, innab, tut, püstə və digər ağaclar var”.