adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 May 2017 18:15
26283
İQTİSADİYYAT
A- A+

Komitədən təbii qaz itkilərinə dair hesabat

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft emalı məhsullarının istehlakı 1 mln. ton olub və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azalıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, ümumi istehlakın 30,3%-i mazut yanacağı, 28,1%-i avtomobil benzini, 26,4%-i dizel yanacağı, 5,1%-i neft-kimya sənayesində istifadə üçün benzin, 3,7%-i maye qaz, 2,8%-i aviasiya üçün və sair ağ neft, 1,7%-i neft bitumu, 0,8%-i sürtkü yağları, 1,1%-i isə digər neft emalı məhsulları təşkil edib.

Ölkədə 6,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 69,8%-i hasilatın, 25,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 4,8%-i isə idxalın hesabına formalaşıb.

Təbii qaz ehtiyatlarının 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub, 6,4%-i itkilər təşkil edib, 11,7%-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.

Bu yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 340,2 mln. kVt/saat elektrik və 83,6 min Q.kalori istilik enerjisindən, 54,8 mln. kubmetr təbii qazdan istifadə edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisindən 37,3%, təbii qazdan 3,4% çox istifadə edilib, elektrik enerjisindən istifadə isə 3% azalıb.