adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 May 2017 16:02
8276
SİYASƏT
A- A+

Kral İlham Əliyevi Ərəbistana dəvət edib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezident İlham Əliyevi paytaxt Ər-Riyadda keçiriləcək Ərəb, Müsəlman-Amerika Zirvə Toplantısına dəvət edib.

Adalet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN-in rəsmi "Facebook” səhifəsində məlumat yerləşdirilib.

"İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı əlahəzrət Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevi 21 may 2017-ci il tarixində ər-Riyadda keçiriləcək Ərəb, Müsəlman-Amerika Zirvə Toplantısına dəvət edib”, - deyə Səudiyyə Ərəbistanı XİN-in yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, toplantıda ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir.