adalet.az header logo
  • Bakı 20°C
17 May 2017 14:50
6970
İDMAN
A- A+

Lunyov beşinci qızıl medalını qazandı

IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.

Adalet.az-ın məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirova finalda qalib gələrək qızıl medala layiq görülüblər.

Xatırladaq ki, Lunyov buna qədər 4 qızıl medal qazanmışdı.

Qeyd edək ki, Lunyov Azərbaycanın tanınmış idmançısı, yığmamızın baş məşqçisi İradə Aşumovanın oğludur. İdmançımızın şəxsi məşqçisi isə atası Vladimir Lunyovdur.