adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 May 2017 14:46
5514
MƏMLƏKƏT
A- A+

Çaylarda suyun səviyyəsi artıb

Ölkə ərazisində yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Pirsaatçay və Göyçay çaylarından isə qısamüddətli daşqın və sel keçib.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 450 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 189 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 139 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Şirvan məntəqəsində 16, Salyanda 24, Bankədə 8 sm artım, Araz çayının Novruzlu məntəqəsində və Surrada 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il mayın 17-də 368 sm), Şirvanda 239 sm, Salyanda 197 sm (2016-cı il mayın 17-də 223 sm), Bankədə 191 sm (2016-cı il mayın 17-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2016-cı il mayın 17-də 80 sm) təşkil edir.