adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2017 13:05
2895
GÜNDƏM
A- A+

Milli Məclis bu ay işini başa vurur

Milli Məclisin növbəti plenar iclası mayın 23-də keçiriləcək.

Adalet.az-ın məlumatına görə, iclasın gündəliyinə 26 məsələ daxildir.

Parlamentin son iclası isə mayın 30-da keçiriləcək. Bununla da Milli Məclisin yaz sessiyası başa çatacaq.

Qeyd edək ki, Milli Məclisin iyun ayında növbədənkənar sessiyasının keçirilməsi gözlənilir.

Konstitusiyaya görə, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

Deputatlar iyul ayının 15-dən avqustun 30-dək tətilə buraxılırlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.