adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 May 2017 12:50
7798
SİYASƏT
A- A+

Cənubi Koreya KXDR ilə rabitə xəttinin açılmasının tərəfdarıdır

Cənubi Koreya KXDR ilə rabitə kanalının açılmasının lehinə çıxış edib. Ölkənin yeni prezidenti Mun Ce-inin siyasəti bir tərəfdən sanksiyaların tətbiqi, digər tərəfdən isə Phenyan ilə dialoqun yaradılmasından ibarətdir.

Adalet.az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

"Əsas mövqeyimiz ondan ibarətdir ki, Cənubi və Şimali Koreya arasında rabitə xətti açılmalıdır. Rabitə Nazirliyi daxili variantları nəzərdən keçirib, amma hələ heç bir qərar qəbul edilməyib”, - məlumatda deyilir.