adalet.az header logo
  • Bakı 21°C
17 May 2017 12:45
3986
MƏMLƏKƏT
A- A+

Temperatur yüksələcək

Azərbaycanda havanın temperaturu yüksələcək.

Adalet.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.