adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 May 2017 11:51
77585
HÜQUQ
A- A+

Əfqanıstanda teleradio şirkətinin binasına hücum olub

Naməlum şəxslər Əfqanıstanın Cəlalabad şəhərində dövlət teleradio şirkətinin binasına hücum ediblər. Hücum edənlərlətəhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tolo News” telekanalı çərşənbə günü məlumat yayıb.

Məlumata görə, hücum çərşənbə günü yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 9:30) Nanqarhar əyalətinin inzibati mərkəzində baş verib.

Bu rayonda əyalətin inzibati binaları yerləşir.

Hadisənin şahidləri Əfqanıstanın dövlət teleradio şirkətinə aid olan telestansiyanın binasında atışmanıngetdiyini bildiriblər.