adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2017 11:10
6883
İDMAN
A- A+

İki güləşçimiz finala yüksəldi - Yenilənir

Azərbaycan güləşçisi finala yüksəlib.

IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda daha bir güləşçimiz finala yüksəlib.

 Orxan Nuriyev (98 kq) 1/4 finalda mübarizəyə qoşulub. Nuriyev rəqibi Pakistan təmsilçisi Rza Tayabı 9:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Güləşçimiz yarımfinalda Özbəkistan təmsilçisini 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

***
Güləşçimiz Rafiq Hüseynov(80 kq) da 1/4 finalda mübarizəyə başlayıb. O, Qırğızıstan təmsilçisi Azisbekov Atabeki 5:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşündə də qalib gələn R.Hüseynov finala yüksəlib.