Düşmən yaşayış məntəqələrini atəşə tutub
Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin məbuat xidmətindən verilən xəbərə görə, eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.
Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.
Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır
Digər Xəbərlər
25 Aprel 2024 15:27
Dünənki "ağlaşma " farslarla fransızlar qalib olub: Saxtakarların göz yaşları
25 Aprel 2024 15:06Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51Prezidentlərə Füzulinin Baş planı təqdim edildi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 14:35Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34