adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 May 2017 09:54
12940
İDMAN
A- A+

Moratadan Zidana etiraz

"Real"ın hücumçusu Alvaro Morata La Liqanın 37-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunda əvəzlənməsindən narazı qalıb.

Morata meydanı tərk edərkən "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan əlini ona tərəf uzadıb. Lakin Alvaro fransız mütəxəssisin əlini sıxmaqdan imtina edib.

Cari mövsümdə Morata cəmi 14 dəfə "Real"ın start heyətində yer alıb. Buna baxmayaraq, o, 15 qol vurmaqla Ronaldudan sonra komandasının La Liqadakı ikinci ən yaxşı bombardiridir.

Qeyd edək ki, daha əvvəl KİV-də Moratanın "Real"dakı durumundan narazı olduğu və bu səbəbdən də karyerasını "Milan", "Arsenal" və ya "Çelsi"də davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.