adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 May 2017 09:40
6039
DÜNYA
A- A+

Vaşinqtonda Ərdoğana görə qarşıdurma - 9 yaralı

Vaşinqtonda Türkiyə prezidenti Rəvəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.Şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir. (APA)