adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2017 09:30
3583
HADİSƏ
A- A+

Bakıda güclü yanğın: 35 nəfər təxliyyə edilib

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkən qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.