adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 May 2017 19:27
6976
DÜNYA
A- A+

Tramp Rusiyaya gizli məlumatlar ötürdüyünü etiraf etdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun ölkə başçısı kimi məxfi materialları Rusiya ilə bölüşməyə haqqı var.ABŞ prezidentinin fikrincə, onun Rusiya tərəfinə təqdim etdiyi məlumatlar terrorizm, o cümlədən İŞİD-lə mübarizəyə vasitəçi olacaq.

TASS-ın məlumatına görə, Tramp "Tvitter” hesabında yazıb: "Prezident kimi Rusiya tərəfi ilə Ağ evdə görüşdə faktları bölüşmək istədim. Bu faktlar terrorizmə və uçuşların təhlükəsizliyinə aid idi. Mən, həmçinin Rusiyanın İŞİD ilə mübarizəni aktivləşdirməsini istərdim”.

Qeyd edək ki, bu gün Amerika mətbuatında prezident Donald Trampın Ağ evdə Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşdə ona məxfi məlumatlar ötürdüyü haqda məlumatlar yayılıb.